"TuranBank" yeni kart məhsulunu təqdim edib

"TuranBank" yeni kart məhsulunu təqdim edib
# 05 dekabr 2019 09:29 (UTC +04:00)

Çoxlarının pulqabında bir ədəd məvacib, bir ədəd əmanət bir ədəd isə qeyri nağd alış-veriş üçün nəzərdə tutulan plastik kart tapmaq olar. Halbuki, “TuranBank” müştərilərinin rahatlığını nəzərə alaraq bütün bu mövcud ehtiyacları bir kartda birləşdirib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Universal” kart sadəcə pulqabı deyil, həm də istifadəçiyə pul qazandırır. Belə ki, kartın qalıq balansına illik 6%-dək gəlir və tərəfdaş mağaza və əyləncə mərkəzləri şəbəkəsində 18%-dək “cashback” hesablanır. Kart 3 valyutada pulsuz təqdim olunur.

Qeyd edək ki, bankın ATM və POS-terminallarından bu kartdan nağdlaşdırma üzrə komissiya 0% təşkil edir.

Kartı bankın istənilən filialında bir tək şəxsiyyət vəsiqəsi ilə rəsmiləşdirmək mümkündür. Kartı həmçinin “TuranBank”ın rəsmi internet səhifəsindən və ya “WhatsApp” vasitəsilə də sifariş etmək mümkündür. Müştəri hazır kartı ona uyğun vaxtda bankın 24/7 çalışan “Mərkəz” filialından götürə bilər.

Əlavə məlumat üçün “TuranBank”ın “935” Məlumat Mərkəzi və ya 050 268 72 22 “WhatsApp” nömrəsi ilə əlaqə saxlamaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR