Elman Rüstəmov: «Azərbaycan milli valyutanın möhkəmlənməsinə yol verməyəcək»

Elman Rüstəmov: «Azərbaycan milli valyutanın möhkəmlənməsinə yol verməyəcək»
# 07 dekabr 2011 10:00 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov vurğulayıb ki, bu proses yerli ixracatçılar üçün əlverişsiz şərait yaradacaq.

Qeyd edək ki, milli valyutanın məzənnəsinin formalaşması bir sıra amillərdən, o cümlədən makroiqtisadi vəziyyətdən və xarici bazarların konyunkturundan asılıdır.

Mərkəzi Bankın başçısı bildirib ki, həm 2012-ci il, həm də sonrakı illər üçün manatın məzənnəsinin sabitliyi prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR