2020-ci il dövlət büdcəsinin iqtisadi fəaliyyətlə bağlı xərcləri 693,5 mln. manat olacaq

2020-ci il dövlət büdcəsinin iqtisadi fəaliyyətlə bağlı xərcləri 693,5 mln. manat olacaq
# 18 oktyabr 2019 17:15 (UTC +04:00)

2020-ci il dövlət büdcəsinin iqtisadi fəaliyyətlə bağlı xərclərinə (dövlət əsaslı vəsait qoyuluşu xərcləri istisna olmaqla) 693,5 mln. manat vəsait nəzərdə tutulub.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2,6% təşkil edəcək.

Növbəti il dövlət büdcəsinin iqtisadi fəaliyyətlə bağlı xərclərində nəzərdə tutulan vəsaitin 302,7 mln. manatı nəqliyyat və rabitə xərclərinə, 78,7 mln. manatı iqtisadi və kommersiya fəaliyyətinə, 1,6 mln. manatı tikinti xərclərinə, 17,3 mln. manatı geodeziya və faydalı qazıntılar xərclərinə, 4,7 mln. manatı yanacaq və enerji kompleksi xərclərinə, 1,5 mln. manatı iqtisadi fəaliyyət sahələri üzrə tətbiqi tədqiqatlar xərclərinə, 287 mln. manatı iqtisadi fəaliyyətlə bağlı digər xidmətlərin maliyyə təminatı üçün proqnozlaşdırılır.

Nəqliyyat və rabitə xərcləri üçün 2020-ci il dövlət büdcəsindən 302,7 mln. manat vəsait proqnozlaşdırılır. Həmin məbləğdən (subsidiya və nizamnamə kapitalının artırılması) “Azərbaycan Hava Yolları” QSC üçün 10 mln. manat (Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə görə yaranan zərərin ödənilməsi ilə bağlı xərclər), “Bakı Metropoliteni” QSC üçün 40 mln. manat, “Azərkosmos” ASC üçün 28 mln. manat, dövlət orqanlarına proqram təminatının alınması ilə bağlı xərclər üçün 40,5 mln. manat, dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclər üçün 52,7 mln. manat və digər təbirlərlə bağlı xərclər üçün 65,5 mln. manat vəsait nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR