2021-ci ilin büdcə zərfi plenar iclasa tövsiyə olunub - YENİLƏNİB

2021-ci ilin büdcə zərfi plenar iclasa tövsiyə olunub - YENİLƏNİB
# 23 dekabr 2020 14:31 (UTC +04:00)

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2021-ci ilin Azərbaycan Respublikasının büdcəsi büdcə zərfi müzakirə olunub.

APA-nın məlumatına görə, büdcə zərfinə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” , "İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri daxildir.

Müzakirələrdə maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri və digər şəxslər iştirak edib.

2021-ci ilin büdcə zərfi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.

***

11.01

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2021-ci ilin Azərbaycan Respublikasının büdcəsi büdcə zərfinin müzakirəsi keçirilir.

APA-nın məlumatına görə, büdcə zərfinə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” , "İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri daxildir.

Müzakirələrdə maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri və digər şəxslər iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR