2021-ci ilin dövlət büdcəsində ehtiyac meyarı 170 manat nəzərdə tutulur

2021-ci ilin dövlət büdcəsində ehtiyac meyarı 170 manat nəzərdə tutulur
# 25 dekabr 2020 16:41 (UTC +04:00)

2021-ci ilin dövlət büdcəsində ehtiyac meyarının məbləği açıqlanıb.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Növbəti ildən ölkədə ehtiyac meyarının həddinin orta hesabla 6,3 faiz artımı və ya 160 manatdan 170 manata çatdırılması nəzərdə tutulur.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR