ABŞ-da işsizlik səviyyəsi 20%-ə çata bilər - PROQNOZ

ABŞ-da işsizlik səviyyəsi 20%-ə çata bilər - PROQNOZ
  • Clock-gray 11:42
  • calendar-gray 31 May 2020

"Bloomberg"in iqtisadçılarının proqnozlarına görə, bu ilin II rübündə ABŞ-da işsizlik səviyyəsi ötən əsrin 30-cu illərinin Böyük depressiyadan bu yana ən yüksək səviyyəyə çata bilər – 19,6%.

"APA-Economics"in məlumatına görə, "Bloomberg"in ekspertləri ilin sonuna mənfi dinamikanın yavaşlayacağını və işsizliyin artım dinamikasının 10% səviyyəsinə düşəcəyini gözləyir.

Qeyd edək ki, ABŞ Konqresinin Büdcə İdarəsinin proqnozlarına görə, 2020-ci ilin II rübündə ölkədə işsizlərin sayı 2019-cu ilin sonuncu rübü ilə müqayisədə 26 mln. nəfər çox olacaq və işsizlik səviyyəsi 15,1% təşkil edəcək. III rübdə sözügedən göstəricinin 15,8% çatacağını gözləyən Konqresin Büdcə İdarəsi bərpa prosesinin 2020-ci ilin IV rübündə başlayacağını və 11,8% düşəcəyini proqnozlaşdırır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər