ABŞ-da lotereya iştirakçısı 1 mlrd. dollar udub

ABŞ-da lotereya iştirakçısı 1 mlrd. dollar udub
  • Clock-gray 12:23
  • calendar-gray 23 Yanvar 2021

ABŞ-ın Miçiqan ştatında "Mega Millions" lotereyasının 1 mlrd. dollarlıq uduşlu bileti satılıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Mega Millions"un veb-saytında deyilir.

"1 milyard dollarlıq nominal cekpot (739,6 mln. dollar nağd) Miçiqanda şanslı bilet sahibinə çatacaq", - məlumatda deyilir.

Təşkilatçılar bu mükafatın lotereya tarixində ikinci ən böyük mükafat olduğunu qeyd edir. Belə ki, 2018-ci ildə Cənubi Karolina ştatında 1,5 mlrd. dollar qazanan bilet satılmışdı. Miçiqan sakininin qazancı isə ABŞ tarixindəki üçüncü ən böyük lotereya mükafatıdır.

APA-Economics

Digər xəbərlər