ABŞ-da maliyyə naziri vəzifəsini ilk dəfə qadın icra edəcək

ABŞ-da maliyyə naziri vəzifəsini ilk dəfə qadın icra edəcək
# 26 yanvar 2021 12:28 (UTC +04:00)

ABŞ Konqresinin Senatı Prezident Co Baydenin təklifi ilə Federal Ehtiyat Sisteminin (FES) keçmiş başçısı Canet Yelleni maliyyə naziri vəzifəsinə namizədliyini səs çoxluğu ilə təsdiqləyib.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, Canet ABŞ tarixində maliyyə naziri vəzifəsini icra edəcək ilk qadın olacaq. Yellenin ABŞ-ın sanksiya siyasətini "məhdudlaşdırıcı tədbirlərdən strateji məqsədlər üçün və buna uyğun istifadə edilməsi" üçün yenidən nəzərdən keçirmək niyyətində olduğu bildirilir.

Qeyd edək ki, Canet Yellen 74 yaşındadır. O, 1997-1999-cu illərdə Bill Klintonun prezidentliyi dövründə ABŞ-ın İqtisadi Məsləhətçilər Şurasına rəhbərlik edib. 2014-cü ildə FES-in sədri vəzifəsində çalışan ilk qadın olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR