ABŞ-da ərzaq yardımına xərclər 50% artıb

ABŞ-da ərzaq yardımına xərclər 50% artıb
# 28 yanvar 2021 15:32 (UTC +04:00)

ABŞ-da əhaliyə göstərilən ərzaq yardımı proqramı çərçivəsində xərclər 2020-ci maliyyə ilində (30 sentyabrda başa çatıb) təxminən 50% artıb.

"APA-Economics"in "Politico"ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında deyilir.

Məlumata görə, 2019-cu maliyyə ilində sözügedən xərclərin 60 mlrd. dollardan bir qədər çox olduğu halda, 2020-ci ildə xərclər 90 mlrd. dollara, proqram çərçivəsində talon alan amerikalıların sayı isə 20%-dən çox artaraq 36 milyondan 44 milyona çatıb.

Orta hesabla hər bir proqram iştirakçısı 2020-ci ildə hər ay 161 dollar dəyərində ərzaq məhsulları alıb, halbuki bir il əvvəl bu rəqəm təxminən 130 dollara bərabər idi. Bütün bu artımların səbəbi ABŞ hökumətinin sərt məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsini vadar edən yeni növ koronavirus pandemiyası idi ki, nəticədə milyonlarla amerikalının gəlirləri əhəmiyyətli dərəcədə azalıb, çoxu isə hətta işdən məhrum qalıb.

ABŞ-ın Əmək Nazirliyinin məlumatlarına görə, əvvəlki həftə işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı 900 min təşkil edib. Bu rəqəm bir həftə əvvəl qeydə alınan rəqəmlə müqayisədə 26 min azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR