ABŞ əhalisinin rifahı II rübdə tarixi maksimuma çatıb

ABŞ əhalisinin rifahı II rübdə tarixi maksimuma çatıb
# 22 sentyabr 2020 12:18 (UTC +04:00)

Bu ilin II rübündə ABŞ-da olan ev təsərrüfatları və qeyri-kommersiya qruplarının xalis aktivləri tarixi maksimuma çatıb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni dəyişikliklərin fond bazarının yenidən böyüməsi və iqtisadiyyatı dəstəkləmək üçün görülən tədbirlər fonunda baş verib. ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) cari ilin II rübündə rifah göstəricisinin 6,8% artaraq 118,96 trln. ABŞ dollarına çatması barədə məlumat yayıb. Bu, ötən ilin sonu ilə müqayisədə 380 mlrd. dollar çoxdur. "The Wall Street Journal"ın ekspertlərinin proqnozlarına əsasən, ABŞ iqtisadiyyatı III rübdə 23,9% artacaq.

Qeyd edək ki, ABŞ Konqresinin Büdcə İdarəsinin proqnozlarına görə, bu ilin sonuna ölkənin dövlət borcunun ÜDM-ə nisbəti 98%-ə çatacaq, 2021-ci ilin sonuna isə 104% təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR