ABŞ-ın büdcə kəsiri rekord həddə çatıb

ABŞ-ın büdcə kəsiri rekord həddə çatıb
# 14 iyul 2020 10:20 (UTC +04:00)

COVID-19 pandemiyasının mənfi təsirlərini yumşaldılmasına ayrılan xərclər fonunda bu ilin iyun ayında ABŞ-ın büdcə kəsiri rekord 864 mlrd. dollara çatıb.

"APA-Economics"in ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, hesabat ayında ABŞ-ın büdcə xərcləri təxminən 1,1 trln. dollar təşkil edib ki, bu da ABŞ-ın ortalama büdcə xərclərindən iki dəfə çoxdur. Gecikən vergi ödəmələrinə görə dövlət büdcəsinin gəlirləri azalaraq 240 mlrd. dollara enib. İyun ayında dövlət xərclərinin təxminən yarısı “Paycheck” Qoruma Proqramı çərçivəsində işə götürənlərə və işçilərə pandemiya vaxtı dəstək kimi müəssisələrə verilən kreditlərin payına düşüb.

Qeyd edək ki, dövlətin xərclərinin çoxalmasında işsizlik üzrə müavinətlərinin də rolu az deyil. 2020-ci ilin iyun ayında müavinətlərinin həcmi 116 mlrd. təşkil edib ki, bu da illik müqayisədə 58 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR