ABŞ-ın dövlət borcu ilin sonuna ÜDM-in 98%-nə çatacaq - PROQNOZ

ABŞ-ın dövlət borcu ilin sonuna ÜDM-in 98%-nə çatacaq - PROQNOZ
# 22 sentyabr 2020 10:01 (UTC +04:00)

ABŞ Konqresinin Büdcə İdarəsinin proqnozlarına görə, bu ilin sonuna ölkənin dövlət borcunun ÜDM-ə nisbəti 98%-ə çatacaq.

"APA-Economics"in məlumatına görə, 2021-ci ilin sonuna ABŞ-ın gözlənilən büdcə kəsiri dövlət borcunu ÜDM-in 104%-nə, 2023-cü ildə isə 107%-nə qədər artıracağı proqnozlaşdırılır. 2050-ci ildə isə bu göstəricinin 198%-ə çatacağı gözlənilir.

Büdcə İdarəsi qeyd edir ki, yüksək və artan dövlət borcu ölkə iqtisadiyyatını yüksək faiz dərəcələrinə və artan inflyasiyaya qarşı daha həssas edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR