ABŞ-ın ən zəngin qadınlarının reytinqi dərc olunub - TOP-10

ABŞ-ın ən zəngin qadınlarının reytinqi dərc olunub - TOP-10
  • Clock-gray 13:30
  • calendar-gray 14 Oktyabr 2020

"Forbes" jurnalı ABŞ-ın ən zəngin qadınlarının reytinqini tərtib edib. Siyahıda sərvətini özü qazanmış 100 qadın yer alıb.

"APA-Economics"in "Forbes"a istinadən verdiyi məlumata görə, bu il xalis sərvəti 8 mlrd. dollara çatmış "ABC Supply" şirkətinin həmtəsisçisi Dayan Hendriks siyahıya başçılıq edir. Onun əsas gəlir mənbəyi dam və pəncərələrin topdan satışı məşğul olan şirkətdir.

Reytinqin ikinci pilləsində qərarlaşan tibbi müəssisələr üçün proqram təminatı istehsal edən "Epic" şirkətinin təsisçisi Cudi Folknerdir. 77 yaşlı iş adamının xalis sərvəti 5,5 mlrd. dollar dəyərində qiymətləndirilir. İlk üçlüyü sərvəti 5 mlrd. dollar olan Meq Uitman tamamlayır. Əvvəl "eBay" şirkətinə rəhbərlik edən M. Uitman hazırda "Quibi" şirkətinə başçılıq edir.

ABŞ-ın ən zəngin qadınları – TOP-10:

#

Ad

Xalis sərvəti, mlrd. dollar

Yaş

Əsas gəlir mənbəyi

1

Dayan Hendriks

8,0

73

ABC Supply

2

Cudi Folkner

5,5

77

Epic

3

Meq Uitman

5,0

64

eBay

4

Cudi Lav

4,7

83

YDM şəbəkəsi

5

Marian İliç

4,1

87

Little Ceasars

6

Linda Reznik

3,6

77

Wonderful Co.

7

Conell Hant

3,5

88

J.B. Hunt Transport Services

8

Tay Li

3,2

61

SHI International Corp

9

Opra Uinfri

2,6

66

TV şoular, TV layihələr

10

Doris Fişer

2,4

89

Gap

Mirsəid İbrahimzadə

Digər xəbərlər