ABŞ-ın əsas xeyriyyəçiləri ötən il 25 mlrd. dollar ianə ediblər

ABŞ-ın əsas xeyriyyəçiləri ötən il 25 mlrd. dollar ianə ediblər
# 11 fevral 2021 14:30 (UTC +04:00)

ABŞ-ın əsas 50 xeyriyyəçisi 2020-ci ildə qeyri-kommersiya təşkilatlarına 24,7 mlrd. dollar ianə edib. Bu, əvvəlki ilə nisbətən 1,6 dəfə çoxdur. Belə ki, 2019-cu ildə ianələrin həcmi 15,8 mlrd. dollara bərabər idi.

APA-Economics”in “MarketWatch”ə istinadən verdiyi məlumata görə, COVID-19 pandemiyasının çətinlikləri tanınmış xeyriyyəçiləri ianələri artırmağa təşviq edib və donorlar sırasına yeni adların əlavə edilməsinə gətirib. Onlar koronavirus infeksiyasının yayılmasına və onun iqtisadi nəticələrinə qarşı mübarizəyə, habelə irqi ayrıseçkiliyə və havanın çirklənməsinə qarşı mübarizəyə əhəmiyyətli miqdarda sərmayə qoyublar.

Ənənəvi olaraq, ABŞ-ın ən böyük xeyriyyəçiləri sırasında Mayk Blumberq, “Microsoft” korporasiyasının təsisçisi Bill Geyts və onun həyat yoldaşı Melinda, yeni simalar sırasında isə Makkenzi Skot (“Amazon”un rəhbəri Ceff Bezosun keçmiş həyat yoldaşı), “Twitter Inc”in icraçı direktoru Cek Dorsi və basketbol ulduzu Maykl Cordan yer alıb.

Ötən il ən çox ianə edən Ceff Bezos olub. O, ekologiya məsələləri ilə məşğul olan “Bezos Earth Fund”a 10 mlrd. dollar vəsait yatıraraq ötən ilin ən böyük donor olub. İkinci yerdə Bezosun keçmiş həyat yoldaşı olub. O, dörd aya 4 mlrd. dollardan çox vəsaiti, xristian təşkilatları da daxil olmaqla, ölkədəki 384 qrup arasında paylaşdırıb.

İlk beş xeyriyyəçi siyahısında Nyu-York keçmiş meri və “Bloomberg” agentliyinin sahibi Maykl Blumberq, “Nike Inc”in həmtəsisçisi Fil Nayt və onun həyat yoldaşı Penelope və “Twitter”in rəhbəri Dorsi yer alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR