ABŞ iqtisadiyyatı üzrə nikbin proqnozlar fonunda dolların möhkəmlənməsi davam edir

ABŞ iqtisadiyyatı üzrə nikbin proqnozlar fonunda dolların möhkəmlənməsi davam edir
# 05 fevral 2021 12:13 (UTC +04:00)

Ötən il ABŞ dollarının avroya qarşı məzənnəsi 7% azalsa da, 2021-ci ilin yanvar ayından dolların dəyəri yenidən artmağa başlayıb. Bu, ABŞ iqtisadiyyatının COVID-19 pandemiyasından digər ölkələrlə müqayisədə daha sürətli bərpası üzrə gözləntiləri əks etdirir.

"APA-Economics"in məlumatına görə, ötən gün Nyu-York birjasında dolların indeksi 0,5% artaraq ikiaylıq maksimuma çatıb və 91,509 bənd təşkil edib. OANDA şirkətinin baş analitiki Ed Moya bildirib ki, qısa müddətdə dolların fundamental dəyər artımı baş verib və bunun səbəbi kimi, ABŞ iqtisadiyyatının gözləniləndən və Avrozona iqtisadiyyatında daha sürətli bərpa olacağına dair proqnozlarını vurğulayıb.

Qeyd edək ki, bu proqnozlar ABŞ-da işsizlik müavinətləri üçün müraciətlərin azalması ilə dəstəklənib. Bundan əlavə, bu gün dərc olunacaq ABŞ-ın məşğulluq üzrə hesabatının daha yaxşı göstəriciləri nümayiş etdirəcəyi gözlənilir.

Hazırda avronun dollara qarşı məzənnəsi 1,1965 dollara bərabərdir.

Xatırladaq ki, fevralın 3-də avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 2,0471 manata enərək ikiaylıq minimumu yeniləyib. Manatın dollara stabil məzənnə rejimi isə (1 dollar/1,7 manat) hələ davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR