ABŞ iqtisadiyyatının bərpası fonunda dollar möhkəmlənir, avro zəifləyir

ABŞ iqtisadiyyatının bərpası fonunda dollar möhkəmlənir, avro zəifləyir
# 29 mart 2021 10:51 (UTC +04:00)

ABŞ-da COVID-19-a qarşı vaksinin sürətli yayılması və ölkə iqtisadiyyatının bərpası investorlar arasında dollara qarşı inamı artırıb.

"APA-Economics"in məlumatına görə, birjanın Asiya sessiyasının açılması ilə avronun dollara qarşı məzənnəsi 0,1% azalaraq 1,1783 dollar təşkil edib ki, bu da dördaylıq minimuma olduqca yaxındır (1,1762 dollar). Avropada vaksinasiya proqramlarının ləngiməsi və COVID-19 hallarının artması avro bazarında "ayıvari" ("bearish") meylləri artırıb.

"MUFG Bank" analitikləri qeyd edir ki, ABŞ uzunmüddətli xəzinə istiqrazlarının gəlirliyinin artım dinamikasının səngiməsinə baxmayaraq, avro enməyə davam edir və mütəxəssislər bunun əsas səbəbi kimi, COVID-19 hallarının artmasının Avrozona iqtisadiyyatının artımı üzrə proqnozlara mənfi təsirini göstərir. Hazırda 1 avro 1,1779 dollara ticarət olunur.

Qeyd edək ki, "APA-Economics"in hesablamalarına görə, bu gün avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi beşaylıq minimuma enərək 2,0032 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR