Aİ-nin ixracı ötən il 9,4% azalıb

Aİ-nin ixracı ötən il 9,4% azalıb
# 15 fevral 2021 17:11 (UTC +04:00)

Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə Avrozonanın ixracı 9,2% azalaraq 2 131,4 mlrd. avro təşkil edib.

"APA-Economics" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) hesabatında bildirilir.

Qeyd olunur ki, ötən il Avrozonanın idxalı 10,8% azalaraq 1,897 mlrd. avroya enib, ticarət profisiti isə 234,5 mlrd. avro təşkil edib.

Eyni zamanda, Aİ-nin ixracı 9,4% azalaraq 1 931,6 mlrd. avroya enib. İdxal isə 11,6% azalaraq 1 714,3 mlrd. avro olub. Beləliklə, 2020-ci il ərzində Aİ-nin ticarət profisiti 217,3 mlrd. avro təşkil edib.

Aİ ölkələrinə ən böyük idxal Çindən (383,5 mlrd. avro) olub. Bu ölkənin ardınca ABŞ (202 mlrd. avro), Böyük Britaniya (167,2 mlrd. avro), İsveçrə (108,6 mlrd. avro), Rusiya (95,2 mlrd. avro), Türkiyə (62,6 mlrd. avro) və Yaponiya (54,9 milyard avro) yer alır.

Keçən il Aİ-nin Çinlə ticarət profisiti 181 mlrd. avro, Rusiya ilə – 16,2 mlrd. avro, ABŞ-la ticarət kəsiri 150,9 mlrd. avro, Böyük Britaniya kəsir 110,3 mlrd. avro, İsveçrə ilə 33,8 mlrd. avro, Türkiyə ilə isə 7,3 mlrd. avro təşkil edib.

2020-ci ildə Türkiyə ilə Aİ arasında ticarət dövriyyəsi 132,5 mlrd. avro təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR