Aİ ölkələrində minimum aylıq əməkhaqqı açıqlanıb - REYTİNQ

Aİ ölkələrində minimum aylıq əməkhaqqı açıqlanıb - REYTİNQ
# 08 fevral 2021 17:15 (UTC +04:00)

2021-ci ilin yanvarın 1-nə Avropa İttifaqının (Aİ) 27 ölkəsindən 21-də müəyyən olunmuş minimum aylıq əməkhaqqı var. Ən yüksək aylıq minimum əməkhaqqı Lüksemburqda (2 202 avro), ən aşağı isə Bolqarıstandadır (332 avro).

"APA-Economics"in "Eurostat"a istinadən verdiyi məlumatına görə, minimum əməkhaqqının səviyyəsinə görə, Aİ üç regiona bölünür: orta minimal əməkhaqqının 542,1 avro olan Şərqi Avropa regionu, 890,2 avroluq orta minimum əməkhaqqı olan Cənubi Avropa regionu və Fransa, Almaniya, Belçika, Niderland, İrlandiya və Lüksemburqun daxil olduğu Aİ-nin ən inkişaf etmiş ölkələr qrupu. Sözügedən ölkələrdə isə ortalama minimum əməkhaqqı 1 734,3 avroya bərabərdir.

Aİ ölkələrinin minimum aylıq əməkhaqqına görə sıralaması:

#

Ölkə

Minimum əməkhaqqı, avro

1

Lüksemburq

2 202

2

İrlandiya

1 724

3

Niderland

1 685

4

Belçika

1 626

5

Almaniya

1 614

6

Fransa

1 555

7

İspaniya

1 108

8

Sloveniya

1 024

9

Malta

785

10

Portuqaliya

776

11

Yunanıstan

758

12

Litva

642

13

Slovakiya

623

14

Polşa

614

15

Estoniya

584

16

Çexiya

579

17

Xorvatiya

563

18

Latviya

500

19

Rumıniya

458

20

Macarıstan

442

21

Bolqarıstan

332

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR