AİB 9 mlrd. dollarlıq COVID-19-a qarşı vaksinasiya təşəbbüsünü işə salıb

AİB 9 mlrd. dollarlıq COVID-19-a qarşı vaksinasiya təşəbbüsünü işə salıb
# 11 dekabr 2020 16:20 (UTC +04:00)

Asiya İnkişaf Bankı (AİB) inkişaf etməkdə olan bankın üzv ölkələrinə COVID-19 əleyhinə təsirli və təhlükəsiz peyvəndlərin alınması və çatdırılmasında operativ və səmərəli dəstəyi təklif edən 9 mlrd. ABŞ dolları dəyərində olan "Asia Pacific Vaccine Access Facility" (APVAX) təşəbbüsünü işə salıb.

"APA-Economics"in AİB-ə istinadən verdiyi məlumata görə, bankın prezidenti Masatsuku Asakava bildirib ki, hazırda AİB-in inkişaf etməkdə olan üzv ölkələri ən qısa müddətdə insanların vaksinasiyasına hazırlaşır və eyni zamanda peyvəndləri satın almaq üçün maliyyələşdirmə və vaksinasiya prosesini təhlükəsiz, bərabər və səmərəli şəkildə idarə edə bilmək üçün uyğun plan və biliklərə ehtiyac duyurlar: "APVAX inkişaf etməkdə olan üzvlərimizin pandemiyanın öhdəsindən gəlməsində və iqtisadi canlanmaya yönəlməsində əsas rol oynayacaq".

Qeyd edək ki, AİB-in sözügedən təşəbbüsünün maliyyələşdirilməsi Dünya Bankı, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), COVID-19-a qarşı Peyvəndlərin Qlobal Qurumu (COVAX), Qlobal Peyvəndlər Alyansı (GAVI) və digər tərəfdaşlarla sıx əlaqədə təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR