AİB Asiyanın iqtisadi artım tempi üzrə proqnozunu azaldıb

AİB Asiyanın iqtisadi artım tempi üzrə proqnozunu azaldıb
# 11 dekabr 2019 10:26 (UTC +04:00)

Asiya İnkişaf Bankı (AİB) 2019-2020-ci illərdə Asiyada ÜDM-in artım tempinin 5,2% olacağını proqnozlaşdırır ki, bu da sentyabrda bank tərəfindən 2019-cu il üzrə verilən proqnozdan 0,2 faiz bəndi, 2020-ci il üzrə isə 0,3 faiz bəndi azdır.

Bu barədə "APA-Economics" AİB-in dərc etdiyi yeni hesabatına istinadən xəbər verir. Ayrıca ölkələrə gəldikdə, bankın bu il üçün Çin iqtisadiyyatının artım tempi üzrə verdiyi proqnozlar müvafiq olaraq 6,2%-dən 6,1%-ə, 2020-ci il üçün isə 6%-dən 5,8%-ə endirib. Daha aşağı proqnozun əsas səbəbləri Çinin ABŞ-la ticarət gərginliyi və donuz əti qiymətlərinin kəskin artmasının istehlakçıların xərclərinin azaltmasıdır.

Bank Hindistanın iqtisadi artım tempi üzrə də proqnozlarını azaldıb – 2019-cu il üzrə 6,5%-dən 5,1%-dək, 2020-ci il üzrə isə 7,2%-dən 6,5%-dək. Hesabatda mənfi amil kimi bank olmayan maliyyə təşkilatlarının likvidlik problemləri və əmək bazarında olduqca zəif artım tempi göstərilir.

AİB 2019-2020-ci illərdə ÜDM-in artım tempi üzrə proqnozlarını sentyabr proqnozları ilə müqayisədə yalnız Qazaxıstan və Vyetnam üzrə artırıb. Qazaxıstanda müvafiq olaraq 3,7%-dən 4,1%-dək və 3,4%-dən 3,8%-dək, Vyetnamda isə müvafiq olaraq 6,8%-dən 6,9%-dək, 6,7%-dən 6,8%-dək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR