AİB: Mərkəzi Asiya regionu bu il 51 mlrd. dollar itirə bilər

AİB: Mərkəzi Asiya regionu bu il 51 mlrd. dollar itirə bilər
  • Clock-gray 11:59
  • calendar-gray 07 Dekabr 2020

Asiya İnkişaf Bankının yeni hesablamalarına görə, COVID-19 pandemiyası fonunda bu il qlobal ÜDM bədbin ssenariyə əsasən 8,7% və ya 7,441 trln. dollar azalacaq.

"APA-Economics"in AİB-ə istinadən verdiyi məlumata görə, bankın baza ssenarisində 2020-ci ildə qlobal ÜDM istehsalı 7,2% və ya 6,165 trln. dollar azalacağı göstərilir. Nikbin ssenari isə 5,5% və ya 4,757 trln. dollarlıq azalma vəd edir.

AİB-in baza ssenarisinə əsasən, bu il Azərbaycanın da yer aldığı Mərkəzi Asiya regionunun iqtisadiyyatı 11,9% və ya 43 mlrd. dollar azalacaq. Nikbin ssenaridə sözügedən regionda ÜDM-in 9,3% və ya 34 mlrd. dollar azalacağı, bədbin ssenariyə əsasən isə 14,2% və ya 51 mlrd. dollar azalacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Mərkəzi Asiya regionuna Azərbaycandan başqa Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir.

Xatırladaq ki, AİB-in Azərbaycan iqtisadiyyatı üzrə verdiyi son proqnoza (sentyabr ayında) əsasən, Azərbaycanda bu il ÜDM 4,3% (əvvəlki azalma proqnozu 0,1%) azalacaq, 2021-ci ildə isə 1,2% artacaq (əvvəlki proqnoz ilə eynidir).

Mirsəid İbrahimzadə

Digər xəbərlər