AİB Mərkəzi Asiya regionunda ÜDM və inflyasiya üzrə proqnozlarını endirib - CƏDVƏL

AİB Mərkəzi Asiya regionunda ÜDM və inflyasiya üzrə proqnozlarını endirib - CƏDVƏL
  • Clock-gray 11:28
  • calendar-gray 18 İyun 2020

Asiya İnkişaf Bankı (AİB) COVID-19 pandemiyasının neqativ təsirlərini nəzərə alaraq, bu il Azərbaycanın da yerləşdiyi Mərkəzi Asiya regionunda iqtisadiyyatın 0,5% azalacağını proqnozlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə AİB-in "Asian Development Outlook Supplement" (ADOS) adlı yenilənmiş hesabatında deyilir.

Hesabatda qeyd olunub ki, aprel ayının gözləntiləri ilə müqayisədə hazırkı proqnoz 3,3 faiz bəndi azaldılıb. 2021-ci ildə ÜDM-in artım tempi üzrə proqnoz isə dəyişməz olaraq 4,2% səviyyəsində saxlanılıb.

İnflyasiyaya gəldikdə, bank bu il regionda inflyasiyanın 8% olacağını, 2021-ci ildə isə 6,6%-ə qədər yavaşlayacağını proqnozlaşdırır. Bu, AİB-in aprel proqnozlarında müvafiq olaraq 0,4 faiz bəndi və 0,3 faiz bəndi çoxdur.

Mərkəzi Asiya regionunun ölkələri üzrə bankın ÜDM-in artım tempi və inflyasiya proqnozları:

Ölkə

2020-ci il

2021-ci il

ÜDM, %

İnflyasiya, %

ÜDM, %

İnflyasiya, %

1

Azərbaycan

-0,1

2,8

1,2

3,5

2

Ermənistan

-3,5

1,2

3,5

2,5

3

Gürcüstan

-5,0

5,0

5,0

3,5

4

Qazaxıstan

-1,2

7,9

3,4

6,2

5

Qırğızıstan

-5,0

7,0

4,0

5,0

6

Tacikistan

-3,6

10,0

7,0

8,5

7

Türkmənistan

3,2

8,0

5,8

8,0

8

Özbəkistan

1,5

13,0

6,5

10,0

Mirsəid İbrahimzadə

Digər xəbərlər