AİB istiqrazlar vasitəsilə 4 mlrd. dollar cəlb edib

AİB istiqrazlar vasitəsilə 4 mlrd. dollar cəlb edib
  • Clock-gray 11:44
  • calendar-gray 09 İyul 2020

Asiya İnkişaf Bankı (AİB) COVID-19 pandemiyasına cavab tədbirləri çərçivəsində və kapitalını möhkəmlətmək üçün ABŞ dollarında olan istiqrazların satılması yolu ilə 4 mlrd. dollar cəlb edib.

"APA-Economics"in AİB-ə istinadən verdiyi məlumata görə, bu, banka pandemiya dövründə Asiya və Sakit Okean bölgəsinə çox ehtiyac duyulan yardımı davam etdirməyə imkan verəcək.

Qeyd edək ki, təkcə COVID-19 pandemiyasına qarşı tədbirlərə AİB 20 mlrd. dollar dəyərində yardım paketi ayırıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər