AİB ötən il üzv ölkələrinə 34 mlrd. dollara yaxın vəsait ayırıb

AİB ötən il üzv ölkələrinə 34 mlrd. dollara yaxın vəsait ayırıb
# 19 may 2020 12:18 (UTC +04:00)

2019-cu il ərzində Asiya İnkişaf Bankı (AİB) tərəfindən Asiya və Sakit Okean regionunda həyata keçirilən layihələrin, proqramların və inkişafa yönəlmiş digər maliyyə dəstəyinin ümumi həcmi 33,74 mlrd. ABŞ dolları təşkil edib.

"APA-Economics"in bankın 2019-cu il üzrə illik hesabatına istinadən verdiyi məlumata görə, təkcə ötən il banka üzv olan ölkələrin AİB qarşısında kredit xətləri, qrantlar, sərmayələr və s. şəklində ayrılmış vəsaitlər nəticəsində 21,64 mlrd. dollar həcminə öhdəlikləri yaranıb. Hesabata görə, 2019-cu ildə bank tərəfindən ödənilən vəsaitin həcmi 16,47 mlrd. dollar təşkil edib ki, bu da 2018-ci il ilə müqayisədə 16,1% çoxdur.

AİB-in 2019-cu ildə özəl sektordakı əməliyyatları iki il ardıcıl olaraq 3 mlrd. dollar səviyyəsinə çatır və bu da yeni sahələrdə və daha az inkişaf edən ölkələr bazarlarında özəl sektor sərmayələrini artırmaq planlarını əks etdirir. Üzv ölkələrlə birgə maliyyələşən layihələrin həcmi isə 11,86 mlrd. təşkil edib.

Qeyd edək ki, təkcə COVID-19 pandemiyasına qarşı tədbirlərə bank aprel ayında 20 mlrd. dollar dəyərində yardım paketi ayırıb.

Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 4,4 mlrd. həcmində vəsait ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR