AMB: Azərbaycanda pərakəndə ticarətdə Biznes İnam İndeksi noyabrda kəskin artıb

AMB: Azərbaycanda pərakəndə ticarətdə Biznes İnam İndeksi noyabrda kəskin artıb
  • Clock-gray 16:00
  • calendar-gray 28 Dekabr 2020

Bu ilin sentyabr ayında Azərbaycanda yenidən müsbət zonaya qayıdan sənaye sahəsi üzrə orta Biznes İnam İndeksi (Bİİ), noyabrda 5,1 bənd artaraq 11,6 bəndədək yüksəlib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Real sektorun digər sahələrində – pərakəndə ticarətdə də inamın səviyyəsində gözəçarpan dəyişikliklər baş verib. Belə ki, mart-oktyabr aylarında tədricən artmağına baxmayaraq, pərakəndə ticarətdə mənfi zonada qalan Bİİ noyabrda yenidən kəskin artaraq müsbət zonaya qayıdıb və oktyabrdakı -0,7 bənddən 6,8 bəndədək artıb.

Xidmət sahəsinə gəldikdə, bu sektor üzrə Bİİ may ayından bəri artıq 7 aydır ki, mənfi zonada qalıb, lakin noyabrda müsbət dinamika nümayiş etdirərək -2,6 bənddən -0,5 bəndə yüksəlib. Tikinti sektorunda isə Biznes İnam İndeksi noyabrda 2,1 bənddən 3,1 bəndədək qalxıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər