AMB: Azərbaycanın bank sektorunun cəmi aktivləri və öhdəlikləri bu il bərabər artır

AMB: Azərbaycanın bank sektorunun cəmi aktivləri və öhdəlikləri bu il bərabər artır
# 21 aprel 2021 17:24 (UTC +04:00)

Azərbaycanın bank sektorunun cəmi aktivləri 2021-ci ilin aprelin 1-nə 32 521,4 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,9% çoxdur.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. İlin əvvəlindən bu göstərici 1,5% artıb.

Bu müddətdə bank sektorunun cəmi öhdəlikləri 0,9% artaraq cari ilin aprelin 1-nə 27 672 mln. manat təşkil edib. İlin əvvəlindən isə bu göstərici 1,2% artıb. Öhdəliklərin 21 050,5 mln. manatını depozitlər (maliyyə institutları istisna olmaqla) əhatə edib.

Bildirək ki, depozitlərin 8 012,8 mln. manatı fiziki şəxslərin depozitlərinin payına düşüb. Məlumata əsasən, 2021-ci ilin aprelin 1-nə bank sektorunun cəmi kapitalı 4 849,4 mln. manat təşkil edib və mart ərzində 1,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR