AMB: Azərbaycanın valyuta ehtiyatları makroiqtisadi stabilliyi qorumağa imkan verir

AMB: Azərbaycanın valyuta ehtiyatları makroiqtisadi stabilliyi qorumağa imkan verir
# 02 iyul 2020 18:22 (UTC +04:00)

Azərbaycan hökuməti malik olduğu valyuta ehtiyatları, makroiqtisadi idarəetmə çərçivəsi və makroiqtisadi idarəetmə orqanları arasında formalaşan effektiv koordinasiya mühiti makroiqtisadi stabilliyi qoruyub saxlamağa imkan verir.

"Caspian European Club"dan (CEC) "APA-Economics"ə verilən məlumata görə, bunu CEC tərəfindən təşkil olunan onlayn B2G forum çərçivəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Ziya Əliyev deyib.

Onun sözlərinə görə, artıq valyuta bazarı sabitləşib və bu sahədə neqativ iqtisadi gözləntilər xeyli azalıb.

Öz növbəsində AMB-nin digər baş direktoru Rəşad Orucov koronavirus pandemiyasının, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluğa və sahibkarlara mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilən Tədbirlər Planı ilə uzlaşdırılmaqla Mərkəzi Bank tərəfindən qəbul edilən dəstəkləyici tədbirlər haqqında forum iştirakçılarına geniş məlumat verib.

"Mərkəzi Bank tərəfindən qəbul edilən requlyativ qərarlarla pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün kreditlərinin restrukturizasiya imkanları yaradılıb. İndiki dövrdə üzərinə böyük yük düşən və iqtisadiyyatın maliyyələşdirilməsində rolu əhəmiyyətli dərəcədə artan maliyyə sektoru təmsilçilərinin dayanıqlılığına və sağlamlığının qorunmasına yönəldilən bir sıra tədbirlər görülür", - deyə R. Orucov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR