AMB: Banklararası Kart Mərkəzinin infrastrukturu beynəlxalq standartlara tam cavab verir

AMB: Banklararası Kart Mərkəzinin infrastrukturu beynəlxalq standartlara tam cavab verir
# 19 mart 2021 16:54 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə ötürülən kart məlumatlarının təhlükəsizliyi və biznes proseslərin davamlılığının ən yüksək səviyyədə təmin olunması məqsədilə sistemin beynəlxalq PCI DSS – "Payment Card Industry Data Security Standards" (Ödəniş kartı sahəsində məlumatların təhlükəsizliyi standartları) tələblərinə uyğunluğu üzrə illik əsasda təşkil olunan növbəti audit həyata keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi məlumata görə, audit yoxlamaları nəticəsində BKM infrastrukturunun ən son PCI-DSS v3.2.1 standartlarının şərtlərinə tam cavab verdiyi bir daha təsdiq edilib.

Qeyd edək ki, PCI-DSS standartları beynəlxalq kart təşkilatları tərəfindən ödəniş kartları üzrə risklərin idarə olunması məqsədilə 2006-cı ildə təsis edilmiş "PCI Security Standards Council" (Ödəniş kartı sahəsində Təhlükəsizlik Standartları Şurası) tərəfindən müəyyənləşdirilib. Sözügedən standartlar ödəniş kartlarında təhlükəsizlik siyasəti, prosedur və qaydaların qiymətləndirilməsi üçün mühüm tələbləri və çoxsaylı direktivləri özündə ehtiva edir.

Xatırladaq ki, 2020-ci il ərzində BKM üzərindən 53,2 mln. kart əməliyyatı aparılmış, əməliyyatların həcmi 2 752 mln. manat, 14,6 mln. ABŞ dolları, 3,1 mln. avro təşkil edib. 2019-cu il ilə müqayisədə sistemdə emal olunan əməliyyatların ümumi sayı 2,4 dəfə, həcmi isə manat üzrə 2 dəfə, ABŞ dolları üzrə 42%, avro üzrə 4% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR