AMB: Büdcə profisitinin kəsirlə əvəz olunması gözlənilir

AMB: Büdcə profisitinin kəsirlə əvəz olunması gözlənilir
# 19 mart 2021 11:32 (UTC +04:00)

Bu ilin qalan dövründə büdcə profisitinin kəsirlə əvəzlənməsi pul bazasının artımı ilə müşayiət olunacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizi parametrlərinə aid dərc etdiyi məlumatında deyilir.

"Pul təklifi başlıca olaraq vahid xəzinə hesabının qalığının dəyişməsindən təsirlənir. İlin əvvəlindən pul bazasının azalması müvəqqəti xarakter daşıyır və büdcə profisiti ilə əlaqədardır. İlin qalan dövründə bu profisitin kəsirlə əvəzlənməsi pul bazasının artımı ilə müşayiət olunacaq", - məlumatda bildirilir.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 559,6 mln. manat və ya ÜDM-in 4,7%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR