AMB, KOBİA, BFB və EY birgə təlimlər keçirəcək

AMB, KOBİA, BFB və EY birgə təlimlər keçirəcək
  • Clock-gray 17:20
  • calendar-gray 18 Mart 2021

Aprelin 5-6-da Azərbaycan Mərkəzi Bankı (AMB), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası (BFB) və "Ernst & Young" (EY) şirkəti tərəfindən kiçik və orta biznes (KOB) subyektləri üçün "Qiymətli kağızların buraxılışı, Fond Birjasında listinq və İlkin Kütləvi Təklif" mövzularında sertifikatlı onlayn təlim keçiriləcək.

"APA-Economics" AMB-yə istinadən verdiyi xəbərə görə, ikigünlük təlimdə AMB-nin və BFB-nin əməkdaşları tərəfindən kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, birjada listinqə daxil olma proseduru, fond birjasında listinqin üstünlükləri və listinqə müraciət edən şirkətlər üçün nəzərdə tutulan güzəştlərlə bağlı ətraflı məlumat veriləcək.

Eyni zamanda, EY əməkdaşları tərəfindən "İlkin Kütləvi Təklif", KOB subyektlərinin üzləşdiyi ümumi problemlər, təklif olunan həll yolları və Avropa Yenidənqurma və İnkişaf Bankının "Maliyyə İdarəçiliyinin İnkişafı Proqramı" mövzularında çıxış nəzərdə tutulur. Həmçinin Bakı Fond Birjası "Listinq Məsləhət Proqramı" çərçivəsində yerli şirkətlərin kapital bazarından maliyyələşmə sahəsində təcrübələrini təlimdə iştirak edəcək şirkət nümayəndələri ilə bölüşəcək.

Qeyd edək ki, AMB tərəfindən kapital bazarı sahəsində məlumatlıq səviyyəsinin artırılması, yerli biznes mühitində kapital bazarından maliyyəşmənin təbliği və fond birjasında listinqin təşviq edilməsi məqsədi ilə mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər