AMB: Kontr-tsiklik makroiqtisadi siyasәt və azad edilmiş әrazilәrin bәrpası ÜDM artımının drayverlәrini canlandıracaq

AMB: Kontr-tsiklik makroiqtisadi siyasәt və azad edilmiş әrazilәrin bәrpası ÜDM artımının drayverlәrini canlandıracaq
  • Clock-gray 11:37
  • calendar-gray 29 Dekabr 2020

Kontr-tsiklik makroiqtisadi siyasәt vә işğaldan azad olunmuş әrazilәrdә bәrpa işlәrinin başlanması da 2021-ci ildә iqtisadi artımın әsas drayverlәrini canlandıracaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, 2021-ci ildә pandemiya ilә vәziyyәt, neftin dünya bazarında qiymәtinin dinamikası, "OPEC+" anlaşmasının perspektivlәri, ticarәt tәrәfdaşlarında gedәn proseslәr, idxalın dinamikası, Azәrbaycanın xarici balansına tәsir göstәrәn әsas amillәr olacaq.

Bundan əlavə, 2021-ci ildә daxili balans üzrә qeyd olunan proqnozların reallaşması makroiqtisadi siyasәtin bütün istiqamәtlәrinin effektiv koordinasiyasından asılı olacaq.

Mirsəid İbrahimzadə

Digər xəbərlər