AMB: Ötən il nağdsız valyuta bazarında əməliyyatların həcmi 26 mlrd. dollar təşkil edib

AMB: Ötən il nağdsız valyuta bazarında əməliyyatların həcmi 26 mlrd. dollar təşkil edib
# 18 fevral 2021 16:56 (UTC +04:00)

2020-ci il ərzində Azərbaycanın nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi əvvəlki ilə nisbətən 6,7% azalaraq 25,9 mlrd. ABŞ dolları ekvivalentində olub.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, nağdsız valyuta əməliyyatlarının 86,5%-i ABŞ dollarında, 13,5%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 34,7%-i banklararası valyuta bazarında (BVB), 65,3%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

Qeyd edək ki, il ərzində BVB-də əməliyyatların 99,5%-i ABŞ dollarında, 0,5%-i avroda aparılıb. BDVB-də isə valyuta əməliyyatlarının həcmi 16,9 mlrd. dollar ekvivalentində olub ki, bunun da 79,7%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 94,2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 13,3% azalaraq 5,2 mlrd. ABŞ dolları ekvivalentində olub. Bunun 4,5 mlrd. dollarını və ya 86,7%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR