AMB: Pandemiya istehlakçı davranışına da öz təsirini göstərib

AMB: Pandemiya istehlakçı davranışına da öz təsirini göstərib
# 22 may 2020 10:48 (UTC +04:00)

Koronavirus pandemiyası səbəbindən bir çox iqtisadi sahələrdə aktivliyin azalması istehlakçı davranışına da öz təsirini göstərib.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul siyasəti" icmalında deyilir.

İcmalda qeyd olunur ki, 2020-ci ilin mart ayında keçirilmiş "Ev təsərrüfatlarının maliyyə davranışları və niyyətləri" sorğusunun nəticələri əsasında hesablanmış İstehlakçı İnamı İndeksi əvvəlki rübə nəzərən azalıb.

"Bu göstərici müxtəlif gəlir səviyyəsinə malik ev təsərrüfatları arasında "Ailənin maliyyə vəziyyəti gözləntisi", "Ölkənin iqtisadi vəziyyətinə dair gözlənti", "Pul yığımı ehtimalı" və "İşsizlik gözləntiləri"nə dair sorğulara əsaslanır. Təhlillər göstərir ki, İstehlakçı İnamı İndeksinin azalması əsasən ölkənin və ailənin maliyyə vəziyyətinə dair gözləntilərin pisləşməsi, habelə işsizlik gözləntilərinin artması ilə əlaqədar olub", - deyə icmalda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR