AMB: Problemli kreditlərin əsas hissəsi milli valyutadadır

AMB: Problemli kreditlərin əsas hissəsi milli valyutadadır
# 23 fevral 2021 14:48 (UTC +04:00)

2021-ci ilin yanvarın 31-nə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin həcmi 900,4 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 0,8% artıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, problemli kreditlərin əsas payı – 71,9%-i və ya 647,6 mln. manatı milli valyutadadır. Qalan 252,8 mln. manat isə xarici valyutadadır.

Beləliklə yanvarın 31-nə milli valyutada olan problemli kreditlərin həcmi xarici valyutada olanları 2,6 dəfə üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR