AMB: Qeyri-neft sektorunda resessiya demək olar ki, dayanıb

AMB: Qeyri-neft sektorunda resessiya demək olar ki, dayanıb
# 19 mart 2021 11:39 (UTC +04:00)

Rəsmi rəqəmlərə görə, 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektorunda resessiya demək olar ki, dayanıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizi parametrlərinə aid dərc etdiyi məlumatda deyilir.

Qeyd edilir ki, qeyri-neft sektorunun aparıcı sahələri olan qeyri-neft sənayesində 12,1%, kənd təsərrüfatında 2,3%, nəqliyyat və anbar təsərrüfatında isə 10,9% artım müşahidə olunub.

"Real sektorun monitorinqinin nəticələrinə görə fevralda biznes inam indeksi ötən aya nəzərən ticarət və xidmət sektorlarında artım meyilli olmuşdur. Tikintidə icraya qəbul edilmiş sifarişlərdə müsbət meyl qeydə alınıb", - məlumatda bildirilib.

Qeyd edilir ki, qısa və ortamüddətli perspektivdə həm xarici, həm də daxili tələbdə bərpa prosesinin davam edəcəyi gözlənilir və daxili tələb stimullaşdırıcı fiskal, monetar və makroprudensial siyasətlər, işğaldan azad olunmuş ərazilərdə bərpa işləri ilə dəstəklənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR