AMB: Yaxın iki ildə dövriyyədə olan bütün bank kartları təmassız ödənişi dəstəkləyəcək

AMB: Yaxın iki ildə dövriyyədə olan bütün bank kartları təmassız ödənişi dəstəkləyəcək
  • Clock-gray 12:03
  • calendar-gray 06 Aprel 2021

1 yanvar 2021-ci il tarixinə Azərbaycanda dövriyyədə 3,5 mln. ədəd kart təmassız ödəniş texnologiyasını dəstəkləyib.

"APA-Economics"in məlumatına görə, bunu "Baku Transit Forum 2021 Smart City" adlı beynəlxalq onlayn konfransda çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov deyib.

Onun sözlərinə görə, bu, ümumi ölkədə emissiya edilmiş kartların təxminən 36%-ni əhatə edir: "Mərkəzi Bank tərəfindən mütəmadi bu istiqamətdə banklarla görüşlər keçirilir, bankların birgə planları çərçivəsində yaxın iki il ərzində dövriyyədə olan bütün kartların təmassız ödəniş kartlarına keçirilməsi nəzərdə tutulub. Eyni zamanda ölkədə fəaliyyət göstərən POS infrastrukturunun da təmassız texnologiyalar dəstəklənməsi imkanının yaradılması banklar qarşısında bir hədəf kimi qoyulub".

AMB rəsmisi əlavə edib ki, son beş il ərzində ölkədə təmassız POS-terminalların sayı 3,5 dəfə artıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər