AMB depozit hərracında 100 mln. manat cəlb edib

AMB depozit hərracında 100 mln. manat cəlb edib
# 04 avqust 2020 12:07 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, 04.08.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 13 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 472,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 100 mln. manat vəsait cəlb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR