AMB depozit hərracında 150 mln. manat cəlb edib

AMB depozit hərracında 150 mln. manat cəlb edib
# 10 avqust 2020 11:35 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, 10.08.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 621,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 150 mln. manat vəsait cəlb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR