AMB depozit hərracında 250 mln. manat vəsait cəlb edib

AMB depozit hərracında 250 mln. manat vəsait cəlb edib
# 27 aprel 2020 12:14 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, aprelin 27-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 416,5 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 250 mln. manat vəsait cəlb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR