AMB dövriyyədə olan notlarının həcmini azaldıb

AMB dövriyyədə olan notlarının həcmini azaldıb
# 29 yanvar 2020 14:09 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notları 24 yanvar 2020-ci il tarixinə 220 mln. manat təşkil edib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi məlumata görə, dövriyyədə olan notların həcmi aylıq ifadədə 3,2 dəfə, illik ifadədə isə 4,8 dəfə azalıb.

Qeyd edək ki, yanvarın 17-nə AMB-nin dövriyyədə olan notlarının həcmi 310 mln. manat təşkil edib. Göründüyü kimi, notların həcmi həftə ərzində 29% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR