AMB faiz dəhlizini dəyişə biləcək amilləri açıqlayıb

AMB faiz dəhlizini dəyişə biləcək amilləri açıqlayıb
# 29 yanvar 2021 19:40 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsinin faiz dəhlizinə təsir edə biləcək amilləri açıqlayıb.

"APA-Economics"in AMB-ə istinadən verdiyi məlumata görə, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiya səviyyəsi və inflyasiya gözləntiləri, proqnoz horizontunda iqtisadi aktivliyin bərpa tempi, daxili və xarici risklərin reallaşması ehtimalları və onların maliyyə bazarlarına təsirləri nəzərə alınmaqla qəbul ediləcək.

Qeyd edək ki, bugün AMB-in İdarə Heyəti uçot dərəcəsini sabit saxlanılması haqqında qərar qəbul edib.

Beləliklə, uçot dərəcəsi 6,25%-də, faiz dəhlizinin aşağı həddi 5,75%, faiz dəhlizinin yuxarı həddi isə 6,75% səviyyəsində qalıb.

Xatırladaq ki, faiz dәhlizinin parametrlәrinә dair növbəti qərar 19 mart veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR