AMB faiz dәhlizinin parametrlərinin dəyişməsinin əsas şərtlərini açıqlayıb

AMB faiz dәhlizinin parametrlərinin dəyişməsinin əsas şərtlərini açıqlayıb
# 29 dekabr 2020 10:01 (UTC +04:00)

Faiz dәhlizinin parametrlәri haqda qәrarlar makroiqtisadi proqnozlar vә risk balansı nәzәrә alınmaqla qәbul edilәcәk.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatında deyilir.

Qeyd edilir ki, 2020-ci ildә faiz dәhlizinin parametrlәrinә dair qәrarlar pandemiya şәraitindә iqtisadi aktivliyin dәstәklәnmәsi prioriteti ilә makroiqtisadi sabitliyin qorunması zәrurәti arasında optimal balansın saxlanılmasına xidmәt edib.

Bundan əlavə, pul siyasәtinin izafi yumşalmasının mümkün neqativ nәticәlәri nәzәrә alınmaqla risklәrin qiymәtlәndirilmәsi zamanı konservativ mövqe saxlanılacaq və 2021-ci ilin ilk rübündә inflyasiyaya azaldıcı tәsir göstәrәn amillәrin üstünlüyünü qoruyacağı gözlәnilir.

Xatırladaq ki, 2020-ci ildә faiz dәhlizinin parametrlәri 8 dәfә müzakirә edilmiş, uçot dәrәcәsi mәrhәlәlәrlә 7,5%- dәn 6,25%-ә vә faiz dәhlizinin yuxarı hәddi 9,25%-dәn 6,75%-ә endirilib. Faiz dәhlizinin aşağı hәddi isә 5,75% sәviyyәsindә dәyişmәz saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR