AMB gələn il üçün inflyasiya hədəfini cüzi endirib

AMB gələn il üçün inflyasiya hədəfini cüzi endirib
  • Clock-gray 14:30
  • calendar-gray 18 Dekabr 2020

Mərkəzi Bankın (AMB) dekabrda yenilənmiş proqnozlara görə inflyasiyanın 2020-ci ilin sonuna 3% ətrafında, 2021-ci ilə isə 3,5-4% diapozonunda formalaşacağı gözlənilir. Ötən proqnoz 2020-ci il üçün 2,8-3% səviyyəsində, 2021-ci il üçün isə 3,6-4% diapazonunda müəyyən edilib.

"APA-Economics"in AMB-ə istinadən verdiyi məlumatına görə, inflyasiyanın dinamikası son aylar üzrə proqnozlaşdırılan trayektoriyaya uyğundur və əsasən azaldıcı amillərin təsiri altında formalaşır və pandemiya ilə bağlı məcmu tələbin aşağı və məcmu buraxılışın kəsirli olduğu şəraitdə rəsmi statistikaya görə noyabrda 12 aylıq inflyasiya 2,4% təşkil etmişdir ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır. İstehlak səbətinin əsas alt kateqoriyaları üzrə qiymət dəyişimi fərqli dinamika nümayiş etdirir.

AMB bildirir ki, ərzaq inflyasiyası noyabrda 0,4%, son 12 ayda isə 3,9% təşkil edib və ərzaq inflyasiyasının dinamikasına dünya ərzaq qiymətlərinin son 12 ayda 6,5% artması da təsir göstərib.

İnflyasiyanın qeyri-ərzaq və xidmət komponentləri üzrə stabillik davam edir ki, bu da əsasən istehlak tələbinin azalmasından irəli gəlir. Qeyri-ərzaq məhsullarının qiymətləri son ayda 0.1%, xidmətlər isə 0.9% bahalaşmışdır. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətlərinin 12 aylıq dəyişimi müvafiq olaraq 1.2% və 1.1% təşkil etmişdir.

"İnflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətlərdə dəyişir. Real sektor müəssisələri üzrə monitorinqin nəticələrinə görə noyabrda ötən aya nəzərən inflyasiya gözləntiləri qeyri-neft sənayesi (əsasən toxuculuq və tikiş altsektorları hesabına) və ticarət sahələrində azalmış, xidmət sektorunda artım meyilli olsa da neqativ zonada qalmış, tikinti sektorunda isə demək olar ki, dəyişməyib. Bütövlükdə bütün iqtisadi subyektlər üzrə inflyasiya gözləntiləri faktiki göstəricilərə yaxın formalaşıb. Dekabrda ev təsərrüfatları arasında aparılmış sorğuya görə növbəti 12 ay üzrə qiymətlərin daha yüksək templə artacağını gözləyən respondentlərin xüsusi çəkisi sentyabr ayı ilə müqayisədə 13 faiz bəndi azalaraq 12%-ə enib," - AMB-in hesabatında deyilir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər