AMB əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərar qəbul edib

AMB əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərar qəbul edib
# 25 aprel 2020 11:06 (UTC +04:00)

Mərkəzi Bank koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərar qəbul edib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi istiqamətində tədbirlərə əsasən, İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi iqtisadiyyatın pandemiyadan təsirlənmiş sahələrində fəaliyyət göstərən özəl biznes subyektlərinə, o cümlədən sahibkarlıqla məşğul olan fiziki şəxslərə kredit təşkilatları tərəfindən verilmiş, 1 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və kredit faizləri dövlət tərəfindən subsidiyalaşdırılacaq kreditlərin restrukturizasiyasına imkan yaradılacaq. Banklar tərəfindən sahibkarların müraciəti və qarşılıqlı razılaşma əsasında bu kreditlərin müddəti artırıla bilər. Bu halda borcalanın maliyyə vəziyyətindən və kreditin restrukturizasiya edilməsindən asılı olmayaraq kreditin keyfiyyəti 30 sentyabr 2020-ci ilədək pisləşdirilməyəcək.

Pandemiyadan birbaşa təsirlənmiş sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi istiqamətində təkliflərə daxildir:

1 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq kredit faizləri subsidiyalaşdırılan sahibkarların kreditləri restrukturizasiya olunduqda borcalanın maliyyə vəziyyətindən asılı olmayaraq keyfiyyətinin 30 sentyabr 2020-ci ilədək pisləşdirilməməsi;

1 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və dövlət fondlarının (Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi) vəsaitləri hesabına verilmiş kreditlərin fondların razılığı əsasında (fondların müvafiq normativ sənədlərinə düzəliş edilməklə)30 sentyabr 2020-ci ilədək 3 restrukturizasiya olunmasıvə bu haldaborcalanın maliyyə vəziyyətindən asılı olmayaraq kreditin keyfiyyətinin pisləşdirilməməsi;

Kredit öhdəliklərinin (əsas borc və ya faiz üzrə) gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin 30 sentyabr 2020-ci il tarixinədək hesablanmaması və tutulmamasının banklara tövsiyə edilməsi;

1 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatların 30 sentyabr 2020-ci il tarixinədək kredit bürosuna xüsusi qeydlə təqdim olunması (borcalanın kredit tarıxçəsinin pisləşdirilməməsi).

Fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi istiqamətində təkliflər isə aşağıdakılardan ibarətdir.

İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına 01 mart 2020-ci il tarixinə kimiverilmiş ipoteka kreditlərinin Fondun razılığı əsasında (bu məqsədlə fondun müvafiq normativ sənədlərinə dəyişiklik etməklə) 30 sentyabr 2020-ci ilədək restrukturizasiya olunması;

İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına 01 mart 2020-ci il tarixinə kimiverilmiş ipoteka kreditlərinin restrukturizasiya edilməsi zamanı banklar tərəfindən kreditin keyfiyyətinin pisləşdirilməməsi;

Kredit öhdəliklərinin (əsas borc və faiz ödənişləri) tam və ya qismən gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmamasının banklara tövsiyə edilməsi;

1 mart 2020-ci il vəziyyətinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatların 30 sentyabr 2020-ci ilədək kredit bürosuna xüsusi qeydlə təqdim olunması (borcalanın kredit tarixçəsinin pisləşdirilməməsi).

Eyni zamanda, 1 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və Dövlət fondlarının vəsaitləri hesabına verilmiş biznes təyinatlı kreditlərin restrukturizasiya imkanlarının yaradılması nəzərdə tutulur. Bu tədbir nəticəsində Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına verilmiş 1 mlrd. manat həcmində biznes kreditləri üzrə 10 minə yaxın iş adamının güzəştlərdən faydalanması üçün imkan yaranacaq.

Bəzi iqtisadi sahələrin kredit resurslarına çıxış imkanlarının artırılması istiqamətində tədbirlər həyata keçriləcək. Tibbi ləvazimat və avadanlıqlar istehsalçılarına verilən kreditlərin risk səviyyəsi 100%-dən 20%-ə qədər azaldılacaq və beləliklə bu sahəyə banklar tərəfindən daha ucuz və daha az kapital sərf etməklə kredit ayırmağa imkan yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR