AMB-in valyuta ehtiyatları "S&P"nin gözləntilərini üstələyib, BVF-nin proqnozuna uyğun olub

AMB-in valyuta ehtiyatları "S&P"nin gözləntilərini üstələyib, BVF-nin proqnozuna uyğun olub
# 06 yanvar 2021 16:27 (UTC +04:00)

Bu ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 6 369,4 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, ötən il ərzində bankın rəsmi valyuta ehtiyatları 111,4 mln. dollar və ya 1,8% artıb, aylıq müqayisədə isə 60,1 mln. dollar və ya 0,9% azalıb.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabrda verdiyi proqnoza görə, bu ilin sonunda AMB-nin valyuta ehtiyatlarının həcminin 6,3 mlrd. dollar səviyyəsində olacaq. "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi isə AMB-in rəsmi valyuta ehtiyatlarının həcminin ötən ilin yekunlarına əsasən 6,069 mlrd. dollara enəcəyini proqnozlaşdırırdı. Beləliklə, BVF-in proqnozu dəqiq çıxdığı halda, "S&P"nin proqnozu real göstəricidən az olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR