AMB builki inflyasiya proqnozunu azaldıb

AMB builki inflyasiya proqnozunu azaldıb
# 18 sentyabr 2020 13:59 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti bu il üzrə inflyasiya proqnozunu azaltma istiqamətində korrektə edib.

"APA-Economics"in AMB-ə istinadən verdiyi məlumata görə bunu şərtləndirən əsas amil iyul və avqust aylarında deflyasiya olub. Sentyabrda yenilənmiş proqnozlara görə 2020-ci ilin sonuna inflyasiya 3-3,2% diapazonunda gözlənilir ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır.

Qeyd edək ki, zəif məcmu tələb şəraitində rəsmi statistikaya görə, avqust ayında qiymətlər 0,2% azalıb, illik inflyasiya isə 2,8% təşkil edib. Aylıq deflyasiya əsasən ərzağın ucuzlaşması hesabına baş verib. Mövsümi amillərin də təsiri ilə avqustda ərzaq qiymətlər isə 0,5% aşağı düşüb. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətləri isə inersiyon olaraq dəyişməyib. Ümumilikdə, faktiki inflyasiyanın dinamikası proqnozlara uyğun olub.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda inflyasiyanın səviyyəsi 2,9% təşkil edib.

Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bu il ölkədə inflyasiyanın 3,1% olacağı gözlənilir. Ümumiyyətlə, Azərbaycan hökumətinin inflyasiya proqnozları Asiya İnkişaf Bankının (AİB) ölkədə inflyasiya üzrə verdiyi son sentyabr proqnozundan azdır. Belə ki, AİB ölkədə bu il inflyasiyanın 3,8% olacağını proqnozlaşdırır.

Qeyd edək ki, inflyasiyanı hədəf çərçivəsi 4±2%-ə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR