AMB-nin bank və BOKT-lara xalis tələbi 7% artıb

AMB-nin bank və BOKT-lara xalis tələbi 7% artıb
# 02 dekabr 2019 10:17 (UTC +04:00)

Bu ilin noyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) bank və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbi 6 689,6 mln. manat təşkil edib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi məlumata görə, bank və BOKT-ların öhdəliklərinin həcmi oktyabrın 1-i ilə müqayisədə 18,4 mln. manat və ya 0,3% artıb. Hesabata əsasən, bu ilin əvvəli ilə müqayisədə isə AMB-nin bank və BOKT-lara xalis tələbində 444,1 mln. manat və ya 7,1% artım müşahidə olunub.

Qeyd edək ki, bankların AMB-yə öhdəliklərinin bu günədək maksimal həddi 2016-cı ilin oktyabrında qeydə alınıb və 7 507 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR