AMB-nin valyuta ehtiyatları 2024-cü ildə 6,6 mlrd. dollara çatacaq - PROQNOZ

AMB-nin valyuta ehtiyatları 2024-cü ildə 6,6 mlrd. dollara çatacaq - PROQNOZ
# 23 yanvar 2021 13:13 (UTC +04:00)

"S&P Global Ratings" reytinq agentliyi bu il ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının 2% azalaraq 6,243 mlrd. ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır.

APA-Economics"in reytinq agentliyinə istinadən verdiyi məlumata görə, bu məbləğ dördaylıq idxalı ödəmək üçün kifayət edir

"S&P"nin uzunmüddətli proqnozlarına gəldikdə, 2022-ci ildə AMB-nin valyuta ehtiyatları 6,305 mlrd. dollara, 2023-cü ildə 6,474 mlrd. dollara və 2024-cü ildə isə 6,597 mlrd. dollara çatacaq.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun son proqnozuna əsasən, 2021-ci ildə AMB-nin valyuta ehtiyatları 6,3 mlrd. dollara bərabər olacaq.

Xatırladaq ki, bu ilin yanvarın 1-nə AMB-nin rəsmi valyuta ehtiyatları 6,369 mlrd. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR