AMB-nin valyuta ehtiyatları BVF-nin proqnozunu üstələyib

AMB-nin valyuta ehtiyatları BVF-nin proqnozunu üstələyib
# 02 dekabr 2020 12:10 (UTC +04:00)

Bu ilin noyabrın 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 6 411,5 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in AMB-nin hesabatına istinadən verdiyi xəbərə görə, bu, ötən ayla müqayisədə 0,9% az, ilin əvvəli ilə müqayisədə 2,4%, illik müqayisədə isə 3,7% çoxdur.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabrda verdiyi proqnoza görə, bu ilin sonunda AMB-nin valyuta ehtiyatlarının həcminin 6,3 mlrd. dollar səviyyəsində olacaq. Faktiki göstərici BVF-nin proqnozunu üstələməkdə davam edir. Belə ki, AMB-nin valyuta ehtiyatları aprelin 30-dan bəri 6,4 mlrd. dollardan aşağı düşməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR