AMB-nin xalis xarici aktivləri 13%-ə yaxın artıb

AMB-nin xalis xarici aktivləri 13%-ə yaxın artıb
# 28 fevral 2020 14:21 (UTC +04:00)

Bu ilin fevralın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) xalis xarici aktivləri 17 820,5 mln. manat təşkil edib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 019,4 mln. manat və ya 12,8% artıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, Mərkəzi Bankın xalis xarici aktivləri son bir ayda isə 536,5 mln. manat və ya 3,1% artıb.

2020-ci ilin fevralın 1-nə AMB-nin xalis daxili aktivləri isə son bir ayda 872,4 mln. manat və ya 7,5% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2 831,8 mln. manat və ya 35,9% artaraq 10 710 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR